"Microsoft" yenilənmiş əməliyyat sistemi olan "Windows 11"-i  təqdim edib

"Microsoft" yenilənmiş əməliyyat sistemi olan "Windows 11"-i  təqdim edib
# 25 iyun 2021 08:32 (UTC +04:00)

“Microsoft” korporasiyası əməliyyat sisteminin (ƏS) yenilənmiş versiyası olan “Windows 11”-i təqdim edib.

APA xəbər verir ki, təqdimat şirkətin internet saytında yayımlanıb.

“Windows 11”-də əsas yeniliklərdən biri əməliyyat sisteminin yenilənmiş dizaynıdır. Xüsusilə, “Start” menyusu ciddi dəyişikliklə üzləşib, belə ki, o, yenilənmiş sistemdə ekranın mərkəzində olacaq.

Bundan başqa, əməliyyat sistemi yenidən işlənilmiş dizayna sahib olmaqla yanaşı, iki monitorun iş rejimini dəstəkləyən təkmilləşdirilmiş bir sistem, müxtəlif xidmətlərə çıxış üçün vidcetlər və bir sıra yeniliklər əldə edib. Şirkət nümayəndəsinin sözlərinə görə, “Windows 11”-in yenilənmiş versiyası özündən əvvəlki versiyalarla müqayisədə daha sürətli və daha etibarlı olacaq.

“Windows 11”-in çalışması üçün azı 1 GHz tezlikli iki nüvəli 64 bit prosessor, 4 qiqabaytlıq operativ yaddaş (RAM) və azı 64 qiqabayt yaddaşı olan sərt disk (HDD) tələb olunur. Həmçinin azı 1366x768 pikselə malik monitora və DirectX 12-ni dəstəkləyən qrafik karta ehtiyacınız olacaq. Monitor 9 düym diaqonaldan kiçik olmamalıdır. Bu da başlanğıcda “Windows 11”-in telefonlarda və əksər tabletlərdə istifadə olunmayacağını deməyə əsas verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR