Nigeriyada quldurların Faro bölgəsinə hücumu nəticəsində 42 nəfər öldürülüb

Nigeriyada quldurların Faro bölgəsinə hücumu nəticəsində 42 nəfər öldürülüb
# 10 iyul 2021 07:10 (UTC +04:00)

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatına quldurlar hücum edib.

APA yerli “Punch” qəzetinə istinadən xəbər verir ki, hücum ştatın Faro bölgəsindəki beş əraziyə edilib. Hadisə nəticəsində azı 42 yerli sakin öldürülüb.

Şahidlərin dediyinə görə, quldurlar bölgəyə 100-dən çox motosikletlə gəliblər. İnsanları atəşə tutaraq, evləri və ərzaq mağazalarını yandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR