Nyu-York polisi Rusiya seçki məntəqəsinin təhlükəsizliyini təmin etməyib

Nyu-York polisi Rusiya seçki məntəqəsinin təhlükəsizliyini təmin etməyib
# 20 sentyabr 2021 06:14 (UTC +04:00)

“Nyu-York polisi Dövlət Dumasına keçirilən seçkilərlə bağlı seçki məntəqəsinin yerləşdiyi Rusiya baş konsulluğunun təhlükəsizliyini təmin etmək üçün əməkdaşlarını göndərmədi”.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nyu-Yorkdakı baş konsulu Sergey Ovsyannikov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təxminən 540 adam səs verib: “Seçki fəallığı aşağı oldu. İki mindən bir qədər az vətəndaş gözləyirdik”.

Diplomat bildirib ki, kənardan səsverməyə müdaxilə cəhdləri olmayıb.

O, əlavə dib ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları gün boyu seçki məntəqəsinin ətrafında təhlükəsizliyi təmin etmək üçün gəlməyib: “Xoşbəxtlikdən heç bir hadisə olmadı. Əvvəlcədən aidiyyəti orqana bununla bağlı sorğu göndərilmişdi, lakin polis postu təşkil edilmədi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR