Nyu-Yorkda Kolombo mafiyasının rəhbəri saxlanılıb

Nyu-Yorkda Kolombo mafiyasının rəhbəri saxlanılıb
# 15 sentyabr 2021 07:15 (UTC +04:00)

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Nyu-York polisi Kolombo ailəsi mafiya qruplaşmasının 9 üzvünü, həmçinin onun rəhbəri Endryu Russo və müavini Bencamin Kastelassonu həbs edib.

APA TASS-a istinadən xəbər verir ki, onlar korrupsiya və dələduzluqda şübhəli bilinirlər.

Əməliyyat zamanı 12 nəfər saxlanılıb, onlardan 9-u Kolombo klanının üzvüdür və ya onunla əlaqələri var. Telekanal xəbər verir ki, tez bir zamanda daha bir nəfərin də həbsi baş tuta bilər. Həbs olunanlara qarşı məhkəmədə ittiham irəli sürüləcək.

Kolombo ailəsi – Nyu-Yorkda mütəşəkkil cinayətlərə nəzarət edən ən böyük beş mafiya qrupundan biridir. Həbs edilənlərdən biri belə klanlardan olan Bonanno ailəsinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR