Nyu-Yorkda odlu silah cinayətlərinə görə fövqəladə vəziyyət elan olunub

Nyu-York ştatının qubernatoru Endryu Kuomo

© APA | Nyu-York ştatının qubernatoru Endryu Kuomo

# 07 iyul 2021 01:33 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo odlu silahdan istifadə yolu ilə cinayət hadisələrinin sayının artması səbəbindən fövqəladə vəziyyət elan edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Bu gün odlu silahdan istifadə ilə zorakılıq hallarına görə fövqəladə vəziyyət tətbiq olunduğunu elan etdim. Odlu silahdan istifadə ilə zorakılıq halları ictimai səhiyyə sahəsində böhrana səbəb olub”, - qubernator belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR