Nyu-Yorkun meri qubernatoru istefa verməyə çağırıb

Nyu-Yorkun meri qubernatoru istefa verməyə çağırıb
# 04 avqust 2021 04:44 (UTC +04:00)

ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio və Senatda demokratların lideri Çak Şumer qadınlara qarşı cinsi zorakılıq faktlarında adı hallanan Nyu-York ştatının qubernatoru Endryu Kuomonu istefa verməyə çağırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin saytında dərc olunmuş bəyanatda deyilir.

“Tamamilə aydındır ki, Endryu Kuomo artıq vəzifəsinin icrasına yaramır və qubernator vəzifəsini icra edə bilməz. İstefa verməlidir və işini görən təhqiqatçıları geri çevirməyə, onlara hücum etməyə davam edərsə, dərhal impiçment edilməlidir”, - deyə de Blazionun bəyanatında qeyd olunub.

Analoji müraciət Senatda demokrat çoxluğun lideri Çak Şumer və onun həmkarı senator Kirsten Cillibrand tərəfindən də edilib.

“Hakimiyyətin heç bir seçilmiş nümayəndəsi qanundan üstün ola bilməz. Nyu-York sakinləri qubernator kürsüsündə daha yaxşı liderə layiqdirlər. Qubernatorun istefa verməli olduğuna hələ də əminik”, - de Blazio belə deyib.

Qeyd edək ki, E.Kuomo ona qarşı irəli sürülən cinsi zorakılıq iddialarını rədd edib.

Ştatın prokuroru Letisiya Ceyms bildirdiyinə görə, araşdırma Kuomonun qadınlara qarşı yersiz davranışlara yol verdiyini və onları dəfələrlə cinsi təcavüzə məruz qoyduğunu göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR