Öldürülən Haiti prezidentinin dəfn ediləcəyi tarix açıqlanıb

Sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin

© APA | Sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin

# 16 iyul 2021 23:32 (UTC +04:00)

İyul ayının 7-də sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin dəfn ediləcəyi tarix açıqlanıb. O, 23 iyulda dəfn olunacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və rabitə naziri Pradel Enrikes mətbuat konfransında məlumat verib.

“22 iyulda vida mərasimi, 23 iyulda isə dəfn mərasimi keçiriləcək”, - deyə o bildirib.

Nazir qeyd edib ki, dəfn mərasimi ailənin istəyi əsasında və qanuna uyğun şəkildə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR