Patruşev və ABŞ Prezidentinin müşaviri arasında məsləhətləşmələr keçirilib

Ceyk sallivan və Nikolay Patruşev

© APA | Ceyk sallivan və Nikolay Patruşev

# 24 may 2021 20:12 (UTC +04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev arasında ABŞ-Rusiya münasibətləri ilə bağlı məsləhətləşmələr keçirilib.

APA-nın Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, məsləhətləşmələr bu yaxınlarda Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken aras;nda Reykyavikdə keçirilən görüşün davamıdır.

"Bu məsləhətləşmələr görüş tarixi və yeri daha sonra açıqlanacaq olan ABŞ-Rusiya sammitinə hazırlıq istiqamətində vacib bir addım oldu. Müzakirələr konstruktiv bir şəkildə aparıldı və fikir ayrılıqlarına baxmayaraq, tərəflərinin bir-birinin mövqelərini daha yaxşı anlamağa imkan verdi", Ağ Evin məlumatında qeyd olunub

Bildirilib ki, strateji sabitlik mövzusu ilə yanaşı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Tərəflər ABŞ-Rusiya münasibətlərinin normallaşmasının hər iki ölkənin maraqlarına cavab verəcəyini və qlobal sabitliyə töhvəsi barədə razılaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR