Pentaqon: ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasının 95 faizi tamamlanıb

Pentaqon: ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılmasının 95 faizi tamamlanıb
# 22 iyul 2021 06:14 (UTC +04:00)

"Üç aydan az müddətdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının, demək olar ki, 95 faizi tamamlanıb”.

APA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin rəisi general Mark Milli brifinqində deyib. 

General bildirib ki, paytaxt Kabil xaricindəki bütün hərbi bazalar tamamilə Əfqanıstan Müdafiə Nazirliyinə və Əfqan təhlükəsizlik qüvvələrinə verilib: "Dövlət Departamentinin işçiləri də daxil olmaqla, kiçik bir kontingent Kabildəki diplomatik orpusu qorumaq məqsədilə Əfqanıstanda qalır”. 

Qeyd edək ki, prezident Co Baydenin aprelin 14-də Əfqanıstandakı missiyanın sona çatması ilə bağlı səsləndirdiyi açıqlamadan sonra ABŞ qoşunlarının may ayından etibarən Əfqanıstandan geri çəkilmə prosesi başlanılıb. 
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR