Pentaqon: Bu günə planlaşdırılmış nümayişlə bağlı Milli Qvardiya Kapitoliya polisinə dəstək verəcək

Pentaqon: Bu günə planlaşdırılmış nümayişlə bağlı Milli Qvardiya Kapitoliya polisinə dəstək verəcək
# 18 sentyabr 2021 04:18 (UTC +04:00)

ABŞ Müdafiə naziri Lloyd Ostin Vaşinqtonda Konqres binası qarşısında bu gün keçirilməsi planlaşdırılan nümayişlə bağlı Milli Qvardiyayanın 100 hərbçisinin Kapitoliya polisinə kömək edəcəyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Kris Mitçell məlumat verib.

“Kapitoliya polisinin yardıma ehtiyacı olarsa, Milli Qvardiya ilə əlaqə qurmadan əvvəl yerli və federal hüquq-mühafizə orqanlarının imkanlarından istifadə edəcəklər. “Hərbçilər yalnız binaya girmək istəyənlərin şəxsiyyət vəsiqələrini yoxlamaqla Kapitoliya və Konqresin ofis binalarının təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün Kapitoliya polisinə dəstək verəcəklər”.

Qeyd edək ki, Kapitoliya polisi ilk növbədə Konqresin təhlükəsizliyinə cavabdehlik daşıyan xüsusi bir federal hüquq-mühafizə orqanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR