Pentaqon Əfqanıstana əlavə qüvvə göndərilməsi məsələsinə aydınlıq gətirib

Pentaqon Əfqanıstana əlavə qüvvə göndərilməsi məsələsinə aydınlıq gətirib
# 23 avqust 2021 20:09 (UTC +04:00)

Pentaqon ABŞ vətəndaşlarının Əfqanıstandan çıxarılması üçün Ağ evdən əlavə hərbi qüvvə istəməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.

“İndiki məqamda qabağa qaçmağa gərək yoxdur. Hələ ki, bu missiya üçün əlavə qüvvələr istəməyə ehtiyac yoxdur”, - o deyib.

Pentaqonun məlumatına görə, iyulun sonundan bu yana ABŞ Kabildən 42 min insan çıxarıb. Son sutka ərzində bu rəqəm 16 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR