Pentaqon: Əfqanıstanda müharibə başa çatıb

Con Kirbi

© APA | Con Kirbi

# 31 avqust 2021 17:43 (UTC +04:00)

Əfqanıstanda müharibə başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi CNN-ə müsahibəsində bildirib.

O deyib ki, artıq Əfqanıstanda heç bir ABŞ hərbçisi yoxdur və orada hərbi missiya, müharibə başa çatıb.

C. Kirbi qeyd edib ki, Pentaqon Əfqanıstanda qalan ABŞ vətəndaşlarının təxliyəsinə hərbçilərin yardım edəcəyini düşünmür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR