Pentaqon rəsmisi: "ABŞ-ın Əfqanıstandakı hərbi missiyası başa çatdı"

Pentaqonun mətbuat katibi Con Kirbi

© APA | Pentaqonun mətbuat katibi Con Kirbi

# 03 sentyabr 2021 01:26 (UTC +04:00)

ABŞ-ın Əfqanıstandakı missiyası başa çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi Əfqanıstanda “Taliban” hərəkatının rəqiblərinə Vaşinqtonun kömək etmə ehtimalı ilə bağlı suala cavabında bildirib.

“ABŞ-ın Əfqanıstandakı hərbi missiyası başa çatdı”, - Kirbi brifinqdə müvafiq sualı cavablandırarkən belə deyib.

Brifinqdə Pentaqon rəsmisinə bunun Pəncşirdə “Taliban”a qarşı mübarizədə müqavimət qüvvələrinə ABŞ-ın hava zərbələri ilə dəstək verməyəcəyi mənasına gəlib-gəlməməsinə dair sual verilsə də, Kirbi cavabında yenə də ABŞ-ın hərbi missiyasının başa çatdığını təkrarlayıb.

Sualı verən jurnalist Pentaqonun bir müddət əvvəl Əfqanıstanda İŞİD də daxil olmaqla terrorçulara zərbə endirəcəyi ilə bağlı bəyanatına diqqət çəkib və bu baxımdan ABŞ-ın bu ölkədə hərbi missiyasının davam edəcəyinə işarə edib.

“Edəcəyimiz şey maraqlarımıza zidd və ABŞ ərazilərinə qarşı olan təhdidləri ortadan qaldırmaq üçün lazım olduğu qədər uzaqdan terror əleyhinə zərbələr endirməyə davam etməkdir. Və biz bunu mütləq edəcəyik. Ancaq bu, yenə də Əfqanıstanda missiyamızın davam etdiyinə əsas vermir”, - deyə Kirbi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR