Pentaqon: “Taliban” Əfqanıstanda onlarla rayon mərkəzlərini ələ keçirib

Pentaqon: “Taliban” Əfqanıstanda onlarla rayon mərkəzlərini ələ keçirib
# 09 iyul 2021 08:49 (UTC +04:00)

“Taliban” radikal hərəkatı Əfqanıstanda onlarla rayon mərkəzlərinə nəzarəti ələ keçirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi mətbuat brifinqində bildirib.

“Onlar (“Taliban”çılar) onlarla mərkəzi bölgəni ələ keçiriblər, bu doğrudur. Hesab edirik ki, onlar əyalət mərkəzləri üçün də təhlükə yaradacaqlar”, - deyə ABŞ Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

Onun sözlərinə görə, ABŞ hələ də hesab edir ki, Əfqanıstandakı vəziyyətin həlli istisna olaraq siyasi qaydada baş verməlidir.

“Bizim üçün bu müharibənin siyasi həllinə dair danışıqlarda israr etməyə davam etmək vacibdir. Əfqanıstan hökuməti və hərbçiləri əllərində olan fürsətlərdən istifadə etməlidirlər. Biz onlara 20 ildir özlərini, hökumətlərini, ərazilərini, xalqlarını qorumaq üçün kömək etdik. Məsələ burasındadır ki, onlar bu fürsətlərdən istifadə yararlanacaqlarmı”, - deyə Kirbi əlavə edib.

O, amerikalıların rəqabətədavamlı hərbi hava qüvvələri, quru qoşun qüvvələri yaratmaqda Əfqanıstan ordusuna kömək etdiklərini və onları müasir silahlarla təmin etdiklərini vurğulayıb. Bundan başqa, Pentaqon rəsmisi ABŞ-ın Əfqanıstan rəhbərliyinə maddi dəstəyi davam etdirəcəyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR