Pentaqon "Taliban"ı terror təşkilatı hesab edir

Mark Milli

© APA | Mark Milli

# 28 sentyabr 2021 18:55 (UTC +04:00)

"Taliban" "Əl-Qaida" ilə əlaqələrini kəsməyib.

APA-nın WSJ-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Senatda Əfqanıstanla bağlı keçirilən dinləmələr zamanı deyib.

“"Taliban”ın terror təşkilatı olduğunu, belə qalmağa davam etdiyini və "Əl-Qaidə" ilə əlaqələrini kəsmədiyini xatırlamalıyıq", - deyə o, Senatın Müdafiə Komitəsinin iclasında bildirib.

ABŞ generalının sözlərinə görə, terrorçuların Əfqanıstan ərazisindən hücum təşkil etmək qabiliyyətini bərpa etməsi reallıqdır.

Qeyd edək ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR