Peru prezidenti hökuməti istefaya göndərib

Peru prezidenti Pedro Kastilyo

© APA | Peru prezidenti Pedro Kastilyo

# 07 oktyabr 2021 01:59 (UTC +04:00)

Peru prezidenti Pedro Kastilyo baş nazir Qido Belidonun qurduğu hökuməti istefaya göndərib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə prezident xalqa müraciətində bildirib.

“Bu gün Nazirlər Şurasının sədri Qido Belido Uqartenin istefası qəbul edilib, dövlətə xidmətinə görə ona təşəkkür etdim. Bildirirəm ki, yeni nazirlər kabineti bu gün axşam saat 8-də (Bakı vaxtı ilə 05:00) and içəcək”, - deyə Peru lideri prezident administrasiyasının “YouTube” kanalında yayımlanan müraciətində qeyd edib.

Kastilyonun sözlərinə görə, bu qərar “idarəetmə səviyyəsinin yüksəldilməsi” maraqları əsasında və “icra orqanları arasındakı tarazlığı” qorumaq məqsədi ilə qəbul edilib. O, həmçinin ölkənin siyasi qüvvələrini dövlətin mənafeyi naminə ideoloji fikir ayrılıqlarından imtina etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR