Peru prezidenti təmsil olunduğu partiya üzvünü baş nazir təyin edib

Peru Prezidenti Pedro Kastillo

© APA | Peru Prezidenti Pedro Kastillo

# 30 iyul 2021 05:19 (UTC +04:00)

Peru Prezidenti Pedro Kastillo solçu-radikal “Azad Peru” Partiyasının üzüvü Qido Belido Uqarteni ölkənin Baş naziri vəzifəsinə təyin edib.

APA xəbər verir ki, bu barədə yerli Andina agentliyi məlumat yayıb.

Qeyd edək ki, yeni baş nazir təyin edildikdən sonra ispan və keçua dillərində çıxış edib.

41 yaşlı siyasətçi, eyni zamanda Peru Konqresinin (birpalatalı parlament) üzvüdür. O, parlamentə respublikanın cənub hissəsindəki Kuzko departamentindən seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR