Peru prezidentliyinə namizəd seçkilərdə qanun pozuntularının olduğunu iddia edib

Xalq Gücü Partiyasından Peru prezidentliyinə namizəd Keiko Fuximori

© APA | Xalq Gücü Partiyasından Peru prezidentliyinə namizəd Keiko Fuximori

# 08 iyun 2021 08:15 (UTC +04:00)

Sağçı Xalq Gücü Partiyasından Peru prezidentliyinə namizəd Keiko Fuximori ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda pozuntuların olduğunu açıqlayıb.

APA “La Republica” nəşrinə istinadən xəbər verir ki, bu barədə Keiko Fuximori mətbuat konfransında bildirib.

“Bizi narahat edən bir sıra pozuntular oldu və bunu elan etməyi və vətəndaşları bizə kömək etməyə çağırmağı vacib hesab edirik”, deyə sağçı namizəd vurğulayıb.

Qeyd edək ki, Peruda prezident seçkilərinin ikinci turunda protokolların 95.962 %-nin hesablanmasının nəticələrinə görə, (91 mindən bir az çox səs fərqi ilə) Pedro Kastillo liderdir.

Son nəticələrə görə, 8 548 929 seçici (50.269%) Kastilloya, 8 457 547 seçici isə (49.731%) Fuximoriyə səs verib.

Qeyd edək ki, səslərin sayılması başlayanda Fuximori cüzi fərqlə liderlik edirdi. Digər tərəfdən Kastillo məğlubiyyətini etiraf etməyib. O, tərəfdarlarını sakit olmağa çağırıb və bölgələrdə bülletenlərin hesablanmasının başa çatana qədər gözləmələrini təklif edib.

Bu arada sol radikal partiyanın nümayəndələri seçki komissiyasından bütün səslərin diqqətlə hesablanmasını tələb ediblər.

Perunun yeni seçilmiş prezidenti vəzifəsinə iyulun 28-də başlayacaq. Onun səlahiyyət müddəti beş ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR