Peruda 5,7 bal gücündə zəlzələ baş verib

Peruda 5,7 bal gücündə zəlzələ baş verib
# 10 oktyabr 2021 08:24 (UTC +04:00)

Peruda bu gün 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri eyniadlı bölgənin inzibati mərkəzi olan Kuzko şəhərindən təxminən 200 km şimalda yerləşib.

Zəlzələnin ocağı 13.5 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR