Peruda avtobus dərəyə aşıb, azı 27 nəfər ölüb - YENİLƏNİB

Peruda avtobus dərəyə aşıb, azı 27 nəfər ölüb - <span class="red_color">YENİLƏNİB
# 18 iyun 2021 23:13 (UTC +04:00)

Perunun cənubunda baş vermiş avtobus qəzasında 27 nəfər ölüb və 13 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, avtobusdakılar “Hochschild Mining” qazma şirkətinin işçiləri olub.

“Hochschild Mining PLC” xəbər verir ki, bu səhər “Palyankatea” mədənindən Perunun cənubundakı Arekipa şəhərinə işçiləri daşıyan avtobus qəzaya uğrayıb. 27 nəfərin ölümü və 13 nəfərin xəsarət alması dərin təəssüf hissi ilə bildirilir”, - deyə şirkətin mətbuat xidməti məlumat yayıb.

Hazırda araşdırma aparılır.

“Hochschild Mining” – London Fond Birjasında qeydiyyatdan keçmiş böyük qızıl və gümüş qazıntı və istehsalçı şirkətidir. Onun Cənubi və Şimali Amerikada bir neçə layihələri var.

***

Saat 22:44

Perunun cənubundakı Lukanas əyalətində avtobusun dərəyə aşması nəticəsində azı 17 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, 20-dən çox sərnişin müxtəlif dərəcəli ağır xəsarətlər alaraq xəstəxanalara yerləşdiriliblər.

İlkin ehtimala görə, avtobus sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi 200 m hündürlükdən dərəyə aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR