Peruda avtobus qəzası nəticəsində 8 nəfər ölüb

Peruda avtobus qəzası nəticəsində 8 nəfər ölüb
# 17 oktyabr 2021 06:41 (UTC +04:00)

Perunun cənubunda avtobus qəzası nəticəsində 8 nəfər ölüb, 20-dən çox sərnişin yaralanıb.

APA xəbər verir ki, bu barədə “RPP” radiosu məlumat yayıb.

Yerli Polisin açıqlamasına görə, hadisəyə səbəb avtobusun əyləcinin sıradan çıxması olub.

Bildirilib ki, yaralılar arasında 10 yaşdan kiçik 6 uşaq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR