Peruda zəlzələ nəticəsində 40-dan çox insan xəsarət alıb

Peruda zəlzələ nəticəsində 40-dan çox insan xəsarət alıb
# 31 iyul 2021 05:37 (UTC +04:00)

Perunun şimal-qərbində baş verən güclü zəlzələ nəticəsində azı 41 nəfər xəsarət alıb.

APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə “RPP” radiosuna Pyura bölgəsinin səhiyyə şöbəsindən bildirilib.

Məlumata görə, 6,1 maqnitudalı zəlzələ Sulyan şəhərindən 12 km məsafədə, 36 km dərinlikdə qeydə alınıb. Sulyanada 35 nəfərin yaralandığı, onlardan ikisinin ağır vəziyyətdə olduğu deyilir. Daha 6 nəfər Pyura şəhərində xəsarət alıb. 41 yaralıdan 20-si artıq xəstəxanadan evə buraxılıb.

Bundan başqa, zəlzələ nəticəsində şəhər infrastrukturuna ziyan dəyib, bəzi yaşayış binaları və məbədlər zədələnib.

Prezident Pedro Kastilyo zəlzələdən zərər görmüş bölgəyə baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR