Pfizer peyvəndinin üçüncü dozasına ehtiyac var, ABŞ rəsmiləri ilə iclas keçiriləcək

Pfizer peyvəndinin üçüncü dozasına ehtiyac var, ABŞ rəsmiləri ilə iclas keçiriləcək
# 11 iyul 2021 14:53 (UTC +04:00)

Pfizer şirkəti, tezliklə ABŞ hakimiyyətini koronavirus peyvəndinin üçüncü (gücləndirici) dozasının vurulmasına ehtiyac olması barədə məlumatlandırmaq niyyətindədir.

APA bildirir ki, bu barədə “The Washington Post” məlumat verib.

Ehtimal olunur ki, bu barədə müvafiq dövlət qurumlarının rəhbərlərinə sabah keçiriləcək iclasda məlumat veriləcək.

Belə ki, peyvənddən altı ay sonra verilən gücləndirici doza standarta uyğun verilən iki dozadan sonra 5-10 qat daha çox antikor istehsalına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR