Psaki: “Bayden Cenevrədə yalnız Putinlə görüşməyəcək” 

Ağ Evin Mətbuat katibi Cen Psaki

© APA | Ağ Evin Mətbuat katibi Cen Psaki

# 03 iyun 2021 22:12 (UTC +04:00)

“ABŞ Prezidenti Co Bayden bu ayın sonunda Cenevrədə yalnız Rusiya Prezidenti Vladimir Putinlə deyil, İsveçrə rəhbərliyi ilə də görüşəcək”.

APA xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat katibi Cen Psaki yazılı açıqlamasında bildirib.

“Daha əvvəl elan edildiyi kimi, Prezident Bayden 16 iyun tarixində Cenevrədə keçiriləcək zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Cenevrədə olduğu müddətdə Prezident, həmçinin İsveçrə Prezidenti Qi Parmelenlə və xarici işlər naziri İynazio Kassislə də görüşəcək”, deyə Psaki əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR