Qrenlandiyada koronavirusa qarşı məhdudiyyətlər yenidən tətbiq edilir 

Qrenlandiyada koronavirusa qarşı məhdudiyyətlər yenidən tətbiq edilir 
# 14 iyul 2021 04:12 (UTC +04:00)

Qrenlandiya hökuməti son bir neçə gündə adada 13 yeni koronavirus infeksiyası hadisəsi aşkarlandıqdan sonra yenidən bir neçə məhdudlaşdırıcı qərarlar tətbiq edib.

APA “KNR” telekanalına istinadən xəbər verir ki, yeni qərara əsasən, artıq bütün məkanlarda - mağazalarda, ictimai nəqliyyatda, təyyarə və gəmilərdə, habelə restoran və kafelərdə qoruyucu maskaların taxılması tələb edilir.
Qərar iyulun 14-ü yerli vaxtla saat 16:00-dan qüvvəyə minir. Məhdudiyyətlərin 16 iyul tarixinədək olacağı deyilsə də, yerli hakimiyyət orqanları bunun daha uzun müddətə uzadılacağını istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR