Qvatemala həbsxanasında qiyam baş verib, 6 nəfər ölüb

Qvatemala həbsxanasında qiyam baş verib, 6 nəfər ölüb
# 20 may 2021 07:08 (UTC +04:00)

Qvatemalanın Kantel bələdiyyəsində yerləşən həbsxanada qiyam baş verib.

APA xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə idarəsinin “Twitter” səhifəsində bildirilib.

İlkin məlumatlara görə, qiyam zamanı 6 nəfər ölüb.

“Prensa Libre” qəzetinin yazdığına görə, həbsxanada qiyam cinayətkar qruplar arasında baş verən qarşıdurmadan sonra baş verib. 

Qeyd edilib ki, 900 məhbus üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində 2252 nəfər saxlanılır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR