Qvineyada hakimiyyəti ələ keçirən hərbçilər 79 siyasi məhbusu azad edib

Qvineyada hakimiyyəti ələ keçirən hərbçilər 79 siyasi məhbusu azad edib
# 08 sentyabr 2021 05:11 (UTC +04:00)

Qvineyada siyasi əqidəyə görə məhkum olunmuş şəxslər - nümayiş və etiraz aksiyalarının iştirakçıları, müxalifət partiyalarının üzvləri həbsxanalardan azad edilib.

APA xəbər verir ki, bu barədə “Guineematin” yerli xəbər portalı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 79 nəfərin azad edilməsi haqqında əmr ölkənin Baş prokuroru tərəfindən imzalanıb.

Qeyd edək ki, məhkumların azadlığa buraxılması ilə bağlı işlərə təcili baxılması barədə əmr polkovnik Mamadi Dumbuyanın rəhbərliyi ilə Qvineya prezident Alfa Kondeni devirərək hakimiyyəti ələ keçirən hərbçilər tərəfindən ölkənin ədliyyə orqanlarına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR