Rusiya səfiri gələn həftə Vaşinqtona qayıdır

Rusiya səfiri gələn həftə Vaşinqtona qayıdır

© APA | Anatoli Antonov

# 17 iyun 2021 17:13 (UTC +04:00)

Rusiya səfiri Anatoli Antonov gələn həftə Vaşinqtona qayıdır.

APA-nın xəbərin görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında bildirib. 

“Rusiyanın ABŞ-dakı səfirinin məsələsi, şübhəsiz ki, hamını maraqlandırır.  Onun növbəti iş həftəsini Vaşinqtonda keçirəcəyini ehtimal edirik”, - Rusiya XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin ABC telekanalına müsahibəsindən sonra Kreml və Ağ Ev arasında gərginlik yaranmış, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün mart ayında Moskvaya məsləhətləşməyə çağırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR