Stoltenberq: “Fransanın məyusluğunu anlayıram, amma AUKUS nə Avropaya, nə də NATO-ya qarşıdır”

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 07 oktyabr 2021 18:20 (UTC +04:00)

Avstraliyanın Parislə sualtı qayıq müqaviləsini ləğv etməsinə görə Fransa ilə ABŞ arasında yaranan gərginlik NATO müttəfiqlərini parçalamamalıdır.

APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq milli təhlükəsizlik müşavirləri ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya, ABŞ və Avstraliya arasındakı müdafiə müqaviləsi (AUKUS) nə Avropaya, nə də NATO-ya qarşı yönəlib və bu məsələnin transatlantik ittifaqda uçuruma gətirib çıxarmamasına dair geniş razılaşma mövcuddur.

“Fransanın məyusluğunu başa düşürəm, eyni zamanda, müttəfiqlərin irəliləmək üçün bir yol tapacağına da tam əminəm”, - Yens Stoltenberq qeyd edib.

NATO Baş katibi müttəfiqlərin heç də hər zaman hər şeyi eyni gözlə görmədiyini vurğulayıb: “Güclənən qlobal rəqabət dövründə Avropa və Şimali Amerika NATO-da birgə möhkəm dayanmağa davam etməlidir. Çünki üzləşdiyimiz təhlükəsizlik problemləri böyükdür və onun öhdəsindən heç bir ölkə və ya qitə tək başına gələ bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR