Taliban nümayəndə heyəti Qətərdə ABŞ diplomatları ilə görüşüb

Taliban nümayəndə heyəti Qətərdə ABŞ diplomatları ilə görüşüb
# 09 oktyabr 2021 17:16 (UTC +04:00)

Taliban nümayəndə heyəti Qətərin paytaxtı Dohada ABŞ diplomatları ilə görüşüb.

APA-nın “Əl-cəzirə”yə istinadən verdiyi xəbərə görə, ABŞ qoşunlarının Əfqanıstandan çəkilməsindən sonra baş tutan ilk görüşdə tərəflər Kabilə humanitar yardımların çatdırılması, eləcə də Doha razılaşmasının tətbiqi kimi məsələləri müzakirə ediblər.

Talibanın mətbuat katibi bildirib ki, görüş zamanı Kabil-Vaşinqton əlaqələrində yeni səhifənin açılması təklif edilib, bununla belə, Əfqanıstanın suverenliyinə hörmət etməyə, həmçinin onun daxili işlərinə qarışmamağa çağırış edilib.

Görüşün sabah da davam edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR