Təxminən 300 miqrant Meksikanın cənubundan ABŞ sərhədinə doğru yola düşüb

Təxminən 300 miqrant Meksikanın cənubundan ABŞ sərhədinə doğru yola düşüb
# 05 sentyabr 2021 04:55 (UTC +04:00)

Mərkəzi Amerika ölkələrindən olan təxminən 300 nəfərlik qanunsuz miqrant Meksikanın cənubundakı Çyapas ştatının Tapaçula şəhərindən ABŞ sərhədinə doğru yola düşüb.

APA xəbər verir ki, bu barədə “Milenio” qəzeti məlumat yayıb.

Məlumata görə, yola çıxmazdan əvvəl miqrantlar Meksika rəsmilərini ölkədə qanuni şəkildə qalmalarına şərait yaradan sənədləri verməkdən imtina etməkdə günahlandırıblar.

Miqrasiya xidmətinin əməkdaşları və Milli Qvardiyanın döyüşçüləri Çyapasın Mapastepek bələdiyyəsində təxminən 500 nəfərlik miqrant qrupu dağıdıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR