Tramp Çinlə müharibəyə hazırlaşması barədə məlumatları təkzib edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp

© APA | ABŞ-ın keçmiş prezidenti Donald Tramp

# 15 sentyabr 2021 04:24 (UTC +04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində məğlub olduqdan sonra Çinlə müharibəyə başlamağı planlaşdırması barədə yayılan xəbərləri təkzib edib.

APA xəbər verir ki, bu barədə o, “Newsmax” telekanalına müsahibəsində deyib.

“Mənim heç vaxt Çinə hücum etmək fikrim olmayıb”, - Tramp belə deyib.

Qeyd edək ki, bir müddət əvvəl Donald Trampın prezidentliyi dövründə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin müharibənin qarşısını almaq üçün gizli şəkildə çinli həmkarlarına zəng etməsi barədə məlumat yayılıb.

General Trampın ÇXR ilə müharibəyə başlamaq niyyətində olduğundan əminliyini dilə gətirib. Onun məlumatlarına görə, Pekin ehtiyat edirmiş ki, ABŞ Cənubi Çin dənizindəki hərbi təlimlər zamanı yaranmış gərginlik səbəbindən hücuma hazırlaşır. Həmin vaxt o, silahlı qarşıdurmanın qarşısını almaq üçün tədbirlər görmək barədə qərar verib.

M.Milli Çinin Mərkəzi Hərbi Şurasının üzvü, Xalq Qurtuluş Ordusunun generalı Li Szoçenə zəng edib. Qəzetin yazdığına görə, söhbət əsnasında Milli onu Vaşinqtonun ÇXR-ə hücum etməyəcəyinə inandırıb.

Ümumilikdə iki belə telefon zəngi baş tutub: birincisi 30 oktyabr 2020-ci ildə, ABŞ-da prezident seçkilərinə dörd gün qalmış, digəri isə artıq Tramp tərəfdarları tərəfindən Kapitoliyə hücum ərəfəsində.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR