Türkiyə Kabil hava limanının təhlükəsizliyini təmin edəcək

Türkiyə Kabil hava limanının təhlükəsizliyini təmin edəcək
# 18 iyun 2021 03:16 (UTC +04:00)

“ABŞ Əfqanıstandan geri çəkildikdən sonra Türkiyə Kabildəki Karzai adına hava limanının təhlükəsizliyini təmin etməyi planlaşdırır”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, bu həftə ki ölkə prezidentləri arasında keçirilən görüşdə sözügedən məsələ müzakirə olunub.

“Görüş zamanı prezidentlər Kabil hava limanını qorumaq üçün potensial bir missiyanı ətraflı müzakirə ediblər. Prezident Ərdoğan dəstəyin lazım olduğunu açıqlayıb və Prezident Bayden buna müsbət qarşılıq veriləcəyini söyləyib”, Sallivan əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR