"Twitter"in işində nasazlıqlar qeydə alınıb

"Twitter"in işində nasazlıqlar qeydə alınıb
# 05 oktyabr 2021 01:28 (UTC +04:00)

Dünyanın bir çox ölkəsində “Twitter” mikrobloqun xidmətində nasazlıqlar müşahidə olunur.

APA xəbər verir ki, bunu məşhur internet resurslarının işini izləyən “Downdetector” xidməti aşkara çıxarıb.

İstifadəçilər əsasən sosial şəbəkənin saytında və mobil versiyasında, xüsusən də şərh yazma işlərində nasazlıqlar barədə məlumat veriblər.

Şikayətlərin çoxu ABŞ, Kanada, Böyük Britaniya, Fransa və digər ölkələrdən gəlib. Azərbaycanda hələ ki belə bir nasazlıq müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR