ÜST: Pandemiya başlayandan dünyada COVID-19-dan azı 115 min tibb işçisi ölüb

ÜST: Pandemiya başlayandan dünyada COVID-19-dan azı 115 min tibb işçisi ölüb

© APA | Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adan Qebreyesus

# 10 iyul 2021 05:15 (UTC +04:00)

Pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa yoluxma nəticəsində azı 115 min tibb işçisi ölüb.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adan Qebreyesus cümə günü İngiltərənin “Nottingham” Universitetinin tələbələrə və müəllim heyətilə keçirdiyi telekonfransda bildirib.

Baş direktor qeyd edib ki, tibb işçiləri milyonlarla insanın həyatını xilas edərkən koronavirusa yoluxaraq vəfat ediblər. Bu səbəbdən ÜST rəhbəri tibbi personala son dərəcə təhlükəsiz iş şəraitində işləməyə çağırış edib: “Dünyanın hər yerində milyonlarla səhiyyə və tibb işçisi hələ də peyvənd olunmayıb, bu, qəbuledilməzdir”.

Qebreyesus çıxışı zamanı COVAX mexanizminin əhəmiyyətindən də danışıb. Bildirib ki, peyvəndlərin bərabər bölgüsü vəziyyətdən ən yaxşı çıxış yoludur: “Zəngin ölkələrin köməyi ilə adambaşına gəliri az olan ölkələrə peyvənd alınması vəziyyəti yaxşılaşdıracaq. Əgər dövlətlər dərhal COVAX ilə dozaları paylaşırsa və istehsalçılar COVAX üçün sifarişlərə üstünlük verirlərsə, o zaman sentyabr ayına qədər hər ölkənin əhalisinin ən az 10 %-ni, ilin sonuna qədər ən azı 40 %-ni və 70 %-ni peyvənd edə biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR