Vaşinqtonda Türkiyə ilə ABŞ arasında siyasi məsləhətləşəmələr keçiriləcək

Vaşinqtonda Türkiyə ilə ABŞ arasında siyasi məsləhətləşəmələr keçiriləcək
# 15 sentyabr 2021 13:07 (UTC +04:00)

Türkiyə ilə ABŞ arasında Vaşinqtonda siyasi məsləhətləşəmələr keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib.

Açıqlamada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərliyilə bir qrup heyətin sentyabrın 16-17-də Vaşinqtona gedəcəyi, Sedat Önalın ABŞ Dövlət Katibinin müavini Vendi Şerman və ABŞ-ın Siyasi Məsələlər üzrə müavini Victoria Nuland ilə görüşəcəyi qeyd olunub.

Səfər çərçivəsində keçiriləcək geniş tərkibli heyətlərarası görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq sahədə baş verən hadisələr də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR