Venesuelada ABŞ və Kolumbiya silahları ilə silahlanmış 3 döyüşçü saxlanılıb

Venesuelada ABŞ və Kolumbiya silahları ilə silahlanmış 3 döyüşçü saxlanılıb
# 11 iyul 2021 02:54 (UTC +04:00)

Venesuelanın paytaxtı Karakasda silahlı qruplaşmalara qarşı aparılan təhlükəsizlik əməliyyatı üç silahlı şəxsin tutulması, ABŞ və Kolumbiya aid hərbi silahların müsadirə edilməsi ilə nəticələnib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Venesuelanın vitse-prezidenti Delsi Rodriqes öz açıqlamasında bildirib.

“Bildirmək istəyirik ki, “Böyük hindi lideri Quaykaypuro” adlandırılan əməliyyat zamanı üç kolumbiyalı yaraqlı tutmuşuq və onlardan ABŞ və Kolumbiya silahlı qüvvələrinə aid silahlar müsadirə etmişik”, - Rodriqes belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR