Venesuelada neft kəmərində partlayış olub

Venesuelada neft kəmərində partlayış olub
# 01 oktyabr 2021 01:38 (UTC +04:00)

Venesuelanın qərbində Yarakuy ştatında neft kəmərinin bir hissəsinin partlaması nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə yerli “El Nacional” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, xəsarət alanların hər ikisi azyaşlıdır. Onlar çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin versiyaya görə, partlayış neft kəmərindən yanacağın qanunsuz axıdılması cəhdi zamanı baş verib. Partlayışdan sonra yaranan yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR