Venesuelanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Feliks Plasensia

© APA | Feliks Plasensia

# 08 oktyabr 2021 11:05 (UTC +04:00)

Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Feliks Plasensia Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Venesuelanın XİN rəhbəri 8-10 oktyabr tarixlərində Türkiyədə işgüzar səfərdə olacaq.

Keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlər, aktual regional məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR