Viktoriya Nuland Moskvada Rusiya XİN rəhbərinin müavini ilə görüşüb

Sergey Ryabkov, Viktoriya Nuland

© APA | Sergey Ryabkov, Viktoriya Nuland

# 12 oktyabr 2021 18:25 (UTC +04:00)

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Moskvada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında əlaqələrin vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Sergey Ryabkov qeyd edib ki, onun ölkəsi anti-Rusiya hərəkətlərini cavabsız qoymayacaq, lakin Moskva gərginlik istəmir.

“Biz son bir neçə ildə hər iki tərəfə tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırmağı təklif etdik”, - Rusiya XİN-in məlumatında qeyd olunub.

Görüşdə Rusiyanın müdafiə nazirinin müavini A. V. Fomin də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR