Azərbaycanda 2 mln. 145 min ton taxıl yığılıb

Azərbaycanda 2 mln. 145 min ton taxıl yığılıb
# 24 iyul 2008 13:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İyul ayının 21-dək Azərbaycanda 776 806 ha taxıl sahəsində (qarğıdalısız) biçin aparılıb. Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata verilən məlumata görə, bu, ümumilikdə ölkə üzrə taxıl əkilmiş sahələrin 90%-dir. Biçilmiş sahələrdən 2 mln. 145 min ton məhsul toplanıb. Hər hektardan məhsuldarlıq 27,6 sentner təşkil edib. Məhsul istehsalı 2007-ci ilin müvafiq dövrünə nisbətdə 460 233 ton, hər 1 ha sahə üzrə məhsuldarlıq isə 0,9 sentner çox olub. Hazırda dağətəyi rayonlarda taxıl biçini davam edir.
Qeyd edək ki, Azərbaycanda taxıl biçini iyunun 5-dən başlanıb. Bu il ölkədə 2,3-2,5 mln. ton taxıl istehsalı proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR