Azərbaycanın Şəki rayonunda çörəyin qiyməti düşüb

Azərbaycanın Şəki rayonunda çörəyin qiyməti düşüb
# 31 iyul 2008 15:07 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Azərbaycanın Şəki rayonunda çörək ucuzlaşıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gündən rayonda fəaliyyət göstərən çörək dükanlarında 40 qəpiyə satılan 700 qramlıq bazar çörəyi 10 qəpik ucuzlaşaraq 30 qəpik olub. Rayon sahibkarları çörəyin qiymətinin düşməsini bu il Şəkidə bol taxıl yığımı ilə əlaqələndirirlər. Şəki rayon İcra Hakimiyyətindən də fakt təsdiqlənib və bildirilib ki, bu gündən rayonda 40 qəpiyə satılan bazar çörəyi 10 qəpik ucuzlaşıb.
Qeyd edək ki, bu il Şəki ölkə üzrə ən çox taxıl istehsal edən rayon olub. Bu il Şəki fermerləri 220 000 ton taxıl istehsal ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR