Bu günədək Azərbaycanda 2 mln. 250 min ton taxıl yığılıb

Bu günədək Azərbaycanda 2 mln. 250 min ton taxıl yığılıb
# 01 avqust 2008 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Avqustun 1-i vəziyyətinə Azərbaycanda 2 mln. 250 min ton taxıl yığılıb. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Biçinə start veriləndən - iyunun 5-dən ötən müddət ərzində ölkədə taxıl əkilmiş 863 min ha sahədən 837 min ha-da biçin başa çatıb. Ötən ilin müvafiq dövrünə nisbətdə 158 min ha çox sahədə biçin aparılıb və 481 min ton artıq məhsul yığılıb.
Taxıl biçinin avqustun 10-dək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, bu il Azərbaycanda 2 mln. 350 min tondan artıq taxıl istehsalı proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR