Nazir: “Azərbaycanda bu il ötən ilə nisbətən 500 min ton çox taxıl istehsal olunacaq”

Nazir: “Azərbaycanda bu il ötən ilə nisbətən 500 min ton çox taxıl istehsal olunacaq”
# 06 avqust 2008 07:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2008-ci ilin birinci yarısında 1 mlrd. 101 mln. 900 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. «APA-Economics»in məlumatına görə, bunu cari ilin birinci yarısının yekunlarına dair Nazirlər Kabinetinin müşavirəsində kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Ötən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 10,7%, o cümlədən bitkiçilikdə 21% və heyvandarlıqda 3,2% artım olub.
Azərbaycanda payızlıq və yazlıq dənli, dənli paxlalıların əkin sahələrinin artdığını deyən nazirin sözlərinə görə, 2007-ci ilin payızında və 2008-ci ilin yazında bu ilin məhsulu üçün 863 min 880 hektar sahədə payızlıq və yazlıq dənli, dənli paxlalılar səpilib. Bu da 2007-ci ilin məhsulu üçün səpilmiş sahədən 158,1 min hektar çoxdur.
Cari ilin avqust ayının 4-ü vəziyyətinə 845 min 821 hektar sahənin taxılı biçilib, 2 mln. 287 min 174 ton məhsul istehsal edilib: «Qeyri-sabit hava şəraitinə baxmayaraq, cari ildə 2007-ci ilə nisbətən təxminən 500 min tona yaxın taxıl, o cümlədən təxminən 370 min tona yaxın buğda istehsalının artması və hər hektardan məhsuldarlığın 27 sentner olacağı gözlənilir».
İ. Abasov bildirib ki, Azərbaycanda ilk dəfə olaraq payızlıq və yazlıq dənli, dənli paxlalıların istehsalının qarğıdalı ilə birlikdə 2 mln. 500 min tondan çox olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR