Azərbaycanda “Pambıqçılıq haqqında” qanun qəbul olunacaq

Azərbaycanda “Pambıqçılıq haqqında” qanun qəbul olunacaq
# 06 avqust 2008 13:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda “Pambıqçılıq haqqında” qanun qəbul olunacaq. Bu barədə APA-ya Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib. Qanunun qəbul olunmasının vacibliyindən danışan E. İbrahimov bu sahənin inkişafdan qaldığını deyib. O, Azərbaycanda kənd təsərrüfatının əksər sahələri ilə bağlı qanunlar qəbul olunduğunu, pambıqçılıq sahəsinin qanunvericilik bazasını yaratmaq, bu sahənin fəaliyyətini tənzimləmək üçün də qanun qəbul ediləcəyini söyləyib. E. İbrahimovun fikrincə, qanunun qəbulundan sonra xarici və yerli sərmayədarların bu sahəyə marağı artacaq: “Xarici investorlar vəsait qoymaq istədikləri sahədə ilik növbədə hüquqlarının hansı qanunla qorunacağı ilə maraqlanırlar. Qanun yoxdursa, həmin sahəyə yaxın durmurlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR