«Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin rolu» layihəsi çərçivəsində seminarlar keçirilib

«Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin rolu» layihəsi çərçivəsində seminarlar keçirilib
# 07 avqust 2008 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə həyata keçirdiyi «Kənd təsərrüfatında uşaq əməyinin ləğv edilməsində işəgötürənlərin rolu» layihəsi çərçivəsində respublikanın bir sıra rayonlarında işəgötürənlər üçün seminarlar keçirib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədlərinə uyğun olaraq ASK Lənkəran, Masallı, Astara, Lerik, Şəki, Zaqatala, Balakən və Qaxda işəgötürənlər üçün təşkil olunan seminarların məqsədi uşaq əməyi ilə bağlı məlumat və biliklərin genişləndirilməsi, erkən yaşlardan əməyə cəlb edilərək təhsildən yayınan və sağlamlığına ziyan dəyən uşaqlara həssaslığının artırılması, uşaq əməyi ilə bağlı milli qanunvericilik sənədləri və beynəlxalq hüquq normaları ilə tanışlıq, uşaq əməyinin ləğv edilməsində və ya azaldılmasında işəgötürənlərin rolunun önə çəkilməsi olub.

Hazırda «Uşaq əməyinin ləğv edilməsi: işəgötürənlərin yaxşı təcrübələri» adlı kitabın hazırlanması üzərində işlər aparılır. Kitab azərbaycan və ingilis dillərində nəşr olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR