Taxıl sahələrindən Azərbaycan tarixində rekord səviyyədə məhsul yığılıb

Taxıl sahələrindən Azərbaycan tarixində rekord səviyyədə məhsul yığılıb
# 12 avqust 2008 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda taxıl biçini yaxın 10 gün ərzində başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu günə taxıl əkilmiş 863 min ha sahədən 851 min hektarı biçilib, Azərbaycan tarixində rekord səviyyədə - 2 mln. 310 min ton taxıl yığılıb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 484 min ton çoxdur. Məhsuldarlıq hər 1 ha-dan 27,1 sentner təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR