Gələn il Samuxda taxıl sahələri iki dəfə genişləndiriləcək

Gələn il Samuxda taxıl sahələri iki dəfə genişləndiriləcək
# 15 avqust 2008 07:46 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı - APA. Azərbaycanın Samux rayonunda taxıl biçini başa çatıb. Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, «Aqrolizinq» ASC-nin yaradılması, dövlət tərəfindən taxıl becərən fermerlərə kompensasiyaların verilməsi və s. kompleks tədbirlər rayonda bu sahəyə marağı artırıb. Nəticədə, bu il 8 min hektar sahədə biçin aparılıb. Taxıl zəmilərində hər hektardan 37,5 sentner məhsul yığılıb. Ümumilikdə isə Samux rayonunda 30 min ton taxıl toplanıb.
Gələn il Samuxda 15 min hektar ərazidə taxıl səpininin aparılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR