Azərbaycanda taxıl bicini bir aya başa çatacaq

Azərbaycanda taxıl bicini bir aya başa çatacaq
# 20 avqust 2008 15:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda taxıl bicini yaxın bir ay ərzində yekunlaşacaq.
Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, indiyə kimi Azərbaycanda 2,318 mln. ton taxıl istehsal edilib. Hazırda 140 min ton taxıl bicilməmiş qalıb.
Bu il Azərbaycanda ümumilikdə 863 min ha sahədə taxıl əkilib. Bu isə ötən ilə nisbətən 158 min ha və ya 22,4% çoxdur. Ölkədə bu il ərzində 2,350 mln. tondan artıq taxıl istehsalı proqnozlaşdırılır. Ötən il isə ölkədə 2,3 mln. ton taxıl istehsal edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR