Gələn həftə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı üzrə iclası keçiriləcək

Gələn həftə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı üzrə iclası keçiriləcək
# 04 sentyabr 2008 15:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sentyabrın 8-9-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Kənd təsərrüfatı üzrə yüksək rütbəli rəsmilərinin III iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
İclasın açılışında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov, iqtisadi inkişaf naziri Heydər Babayev və digər hökumət nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Toplantıda Ərzaq Təhlükəsizliyi üzrə İƏT Regional Proqramının yerinə yetirilməsinə baxılacaq, qlobal ərzaq təhlükəsi və Donorlar Konfransının nəticələri müzakirə ediləcək. Tədbirdə Müzakirə olunacaq məsələlər arasında İƏT regionunda toxum təchizatının gücləndirilməsi üzrə İƏT-FAO Texniki Əməkdaşlıq Proqramının yerinə yetirilməsi, İƏT Baytarlıq Komissiyasının əsasnamə layihəsinə, Su Tələbatı üzrə İƏT İdarəçilik Mərkəzinin yaradılmasına dair təkliflərə baxılması və s. var.
Tədbirin yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR